İranın vitse-prezidenti istefa verib
İranın vitse-prezidenti Məsud Mirkazemi istefa verib.
“Turanın səsi ” “Fars”a istinadən bildirir ki, bunu İran hökumətinin mətbuat katibi Əli Bahaduri Cahromi deyib.
Onun sözlərinə görə, M.Mirkazemi səhhətində yaranan problemlərə görə vəzifədən ayrılıb.
İran Prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin aprelin 17-də keçirilən iclasında bildirib ki, ictimaiyyət və mətbuat M.Mirkazeminin işdən çıxmasını problem kimi dəyərləndirməməlidir: “Hökumət onun təcrübəsindən istifadə edəcək”.