TDT-nin Baş katibi “İMECE”-nin kosmosa buraxılması münasibətilə Türkiyəni təbrik edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230415_182152.jpg)
Türk Dövlətləri Təşkilatının(TDT) Baş katibi Kubanıçbek Omuraliyev “İMECE” peykinin kosmosa buraxılması münasibətilə Türkiyəni təbrik edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə məlumatı TDT-nin rəsmi saytı yayıb.
Təbrikdə qeyd edilib ki, Türkiyənin milli imkanları ilə hazırladığı, istehsal və dizayn etdiyi, testdən keçirdiyi peyk bu sahədə atılan mühüm addımdır: “İnanıram ki, Türkiyənin əldə etdiyi bu uğur TDT-yə üzv ölkələr arasında kosmos texnologiyası sahəsində davam edən əməkdaşlığı daha da inkişaf etdirəcək”.
Qeyd edək ki, “İMECE” bu gün kosmosa buraxılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI