Erməni deputat: “Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə görə utanıram”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230415_173408.jpg)
Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə münasibət bildirib.
“turanın səsi ” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“Bir vətəndaş və deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm”, – deyə o, özünün feysbuk səhifəsində yazıb.
O.Ağazaryan bu insidentə görə utandığını da qeyd edib.