Çin yerüstü raketdən müdafiə sistemini sınaqdan keçirib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/1050084607_125_0_924_799_1920x0_80_0_0_7cdd05a3002c96b688a78c54d82d46b3-1024x1024.jpg)
Çin yerüstü raketdən müdafiə sistemini (ABM) sınaqdan keçirib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin “WeChat” sosial şəbəkəsində yerləşdirilən məlumatında deyilir.
Qeyd olunub ki, Çində orta trayektoriyaya malik raketlərin ələ keçirilməsi üçün yerüstü sistem sınaqdan keçirilib:
“Qarşıya qoyulan məqsədlərə nail olunub. Sınaqlar müdafiə xarakterli olub və digər dövlətlərə qarşı yönəlməyib”.