ABŞ-ın “B-52” bombardmançı təyyarələri Yapon dənizindəki təlimlərdə iştirak ediblər
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/6240a87fa2e45b00195097f5-1024x512.jpeg)
Şimali Koreyanın raket buraxılışları fonunda Yaponiya ilə birgə keçirilən təlimdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-52 bombardmançı, dörd döyüş təyyarəsi və iki nəqliyyat təyyarəsi iştirak edib.
Bu barədə ” turanın səsi ” Pentaqonun Sakit okean komandanlığına istinadən məlumat yayıb.
“Komandanlıq Yaponiya Özünümüdafiə Qüvvələri ilə ikitərəfli hava təlimləri üçün iki bombardmançı və müşayiət təyyarəsini yerləşdirib”, – məlumatda deyilir.
Qeyd olunub ki, iki ölkənin qarşısının alınmasında birgə imkanlarını nümayiş etdirmək üçün Amerika və Yaponiya qırıcıları ilə birgə manevrlər həyata keçiriblər.