DİN-in mətbuat xidmətindən verilən məlumatlar (07.04.2023)
DİN-in mətbuat xidmətindən verilən məlumata görə ⤵️
Aprelin 6-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
X X X
Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
X X X
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində marşrut avtobusunda bir sərnişinin cibindən üzlüyündə pul, şəxsiyyət vəsiqəsi və kartlar olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nizami Məlikov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
X X X
Oğurluq
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində usta işləyən iki nəfərin pul və mobil telefonlarını işlədikləri yerdən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Elməddin Əmiraslanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
X X X
Avtomobillərdən oğurluq edənlər saxlanılıb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində Daxili işlər nazirliyinin mətbuat xidmətindən “turanın səsi ” nə verilən məlumata görə “Ford” markalı bir avtomobildən 1600 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Qurbanov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə “Hyundai” markalı avtomobildən içərisində pul, bank kartları və sənədlər olan çantanı oğurlamaqda şübhəli binlinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Əliyev müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
X X X
Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Cari ilin mart ayı ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Saatlı rayonları ərazisində bu istiqamətdə keçirilən birgə tədbirlər nəticəsində tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması, çirkab suların axıdılması, tibbi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi və ağaclarla bağlı mühafizə tədbirlərinin görülməməsi, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin tələblərini pozan 12 fiziki, 3 vəzifəli və 1 hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI