İnzibati həbs cəzası çəkən narkotik aludəçisi ölüb

0

İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək barəsində iki ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilən şəxs vəfat edib.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1988-ci il il təvəllüdlü əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) və İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunan Aslan Məmmədov narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir