“Mançester Yunayted” “Bornmut”u məğlub edib

İngiltərə Premyer Liqasının XIX turunun növbəti oyununda “Mançester Yunayted” “Bornmut”dan üstün olub.

Turanın səsi ” xəbər verir ki, Mançesterin “Old Trafford” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin heyətində Kazemiro, Lyuk Şou və Markus Reşford fərqləniblər.

Bu oyundan sonra Erik Ten Haqın yetirmələri 35 xal toplayaraq ölkə çempionatının turnir cədvəlində dördüncü pilləyə yüksəliblər.

“Bornmut” 16 xalla 15-ci pillədə qalıb.

Növbəti turda “qırmızı şeytanlar” doğma meydanda “Mançester Siti” ilə qarşılaşacaq. Oyun yanvarın 14-də baş tutacaq. Həmin gün “Bornmut” “Brentford”la qarşılaşacaq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir