Milli Məclisin iclasında

Oktyabrın 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.


“turaninsesi.az” xəbər verir ki, İclası açan spiker bildirib ki, gündəliyə on iki məsələ daxil edilib. O, gündəliyin ilk üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb. Gündəliyin birinci məsələsi – Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib. O qeyd edib ki, əvvəlki oxunuşlarda layihədə heç bir dəyişiklik aparılmayıb. Sənəddə aviasiya heyətinin iş və istirahət rejimlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsi təklif olunur.Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə komitəsinin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Arzu Paşaqızı