Azərbaycanın XİN rəhbəri Avazaya getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə yola düşüb.

Bu barədə “turaninsesi.az “a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov oktyabrın 7-də Türkmənistanın Avaza şəhərinə səfər edib.

Səfər çərçivəsində nazirin Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında, həmçinin Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları nəzərdə tutulub.

Bundan əlavə, səfər zamanı Ceyhun Bayramovun bir sıra yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.

Arzu Paşaqızı