Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Oktyabrın 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
“turaninsesi.az” xəbər verir ki, İlk növbədə, “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsi Azərbaycanın beynəlxalq iqlim gündəliyi üzrə fəaliyyətinin davam etdirilməsi və BMT-nin aidiyyəti qurumları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Arzu Paşaqızı