Sahibə Qafarova PAİ Assambleyasının ümumi müzakirələrində çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasının iclasında çıxış edib.

“turaninsesi.az” xəbər verir ki, Spiker Sahibə Qafarova “İnklüzivlik, etimad və hamı üçün imkanlar vasitəsilə yaxşı idarəetmənin gücləndirilməsi və icmaların səlahiyyətlərinin artırılması” mövzusunda ümumi müzakirələrdə çıxışı zamanı effektiv idarəetmənin təşkilinin səmərəli təsisatlarla yanaşı, insanların bu təsisatlara etimad edib-etməməsi, qərar qəbul etmədə iştirak edə bilməsi və hər kəsin cəmiyyətə töhfə vermək üçün ədalətli imkana malik olub-olmaması ilə bağlı olduğunu söyləyib.
Çıxışında rəqəmsallaşmanın dövlət təsisatlarını daha əlçatan və şəffaf etdiyini, ünsiyyət və iştirak üçün yeni imkanlar yaratmaqla bu prosesi dəstəklədiyini deyən Milli Məclisin sədri bildirib ki, təsisatlar açıq olduqda, vətəndaşların səsi eşidildikdə və insanlar öz iştiraklarının fərq yarada biləcəyini gördükdə bu etimad daha da artır.

Arzu Paşaqızı