Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan onlayn brifinqdə çıxış edib

Sentyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan “Uşaqların inklüziv və keyfiyyətli təhsil hüququnun təmin edilməsində süni intellektin imkanları və riskləri” mövzusuna həsr olunmuş onlayn brifinqdə çıxış edib.


Çıxışda spiker Sahibə Qafarova bildirib ki, süni intellekt və təhsil məsələsi yalnız texnologiya ilə bağlı deyil, eyni zamanda uşaqların gələcəyi və onlara təqdim ediləcək təhsilin keyfiyyəti ilə əlaqəlidir.
Onun sözlərinə görə, texnologiya təhsili gücləndirə bilər, lakin müəllimləri və insan münasibətlərini əvəz edə bilməz.
Qeyd olunun ki, süni intellekt təlim prosesini hər bir uşağın ehtiyaclarına uyğunlaşdıra, əlilliyi olan uşaqların təhsil imkanlarını genişləndirə və uzaq icmalara keyfiyyətli təhsil resurslarının çatdırılmasına kömək edə bilər. Süni intellektin müəllimlərə şagirdlərin təlimindəki boşluqları müəyyənləşdirməkdə dəstək göstərə bilər.

Arzu Paşaqızı