Regional məsələlər komitəsinin iclasında
Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb.
Komitə sədri bildirib ki, iclasın gündəliyinə 3 məsələ – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat, komitənin 2026-cı il payız sessiyası üçün iş planının layihəsi və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Arzu Paşaqızı