Milli Məclisin komitə sədri Səməd Seyidov ATƏT PA-nın prezidenti ilə görüşüb

Sentyabrın 3-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüb.


Görüş zamanı Səməd Seyidov Azərbaycan ilə təşkilat arasındakı əməkdaşlıq, regionda sülhün və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə toxunub. O, ATƏT PA-nın regionda fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycanın regionda sülh və sabitliyin təşviqində nümunəvi ölkə olduğunu diqqətə çatdırıb.

Arzu Paşaqızı