Axtarışda olan 135 nəfər saxlanıldı

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Arzu Paşaqızı