Azərbaycanda bir gündə böyük əməliyyat: 133 nəfər saxlanıldı
Avqustun 31-də Azərbaycanda 46 cinayət qeydə alınıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin də açılması təmin olunub.
Axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96-sı borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
Arzu Paşaqızı