Göyçayda narkotik yetişdirən şəxs tutuldu

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub.

turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şübhəli əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyevdir.

Onun yaşadığı ünvandan xüsusi olaraq qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb. 

N.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Arzu Paşaqızı