Gizlədilən silahlar düzə çıxdı – Polis onların planını belə pozdu

Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkar ediblər.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində 3 avtomat silah, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Arzu Paşaqızı