Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən “Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu” mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.
Tədbirə onlayn formatda qatılan spiker Sahibə Qafarova qeyd edib ki, müasir dünyada dövlətlər bir-biri ilə sıx şəkildə əlaqəlidir və heç bir dövlət qlobal çağırışları təkbaşına həll etməyə qadir deyil.
Onun sözlərinə görə, sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişaf, iqlim fəaliyyəti, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrdə irəliləyiş yalnız birgə səylər nəticəsində mümkündür.
Bu baxımdan, spiker vurğulayıb ki, beynəlxalq hüquqa, bərabərhüquqlu dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan səmərəli çoxtərəfli əməkdaşlıq bu gün hər zamankından daha böyük əhəmiyyət kəsb edir.

Arzu Paşaqızı