Azərbaycan və İtaliya arasında parlamentlərarası əməkdaşlıq müzakirə olunub

İyulun 2-də Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov İtaliya Deputatlar Palatasının Konstitusiya, şura sədrliyi və daxili işlər məsələləri komitəsinin sədri Nazario Paqanonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən vitse-spiker Ziyafət Əsgərov Azərbaycan ilə İtaliya arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoqun parlamentlərarası münasibətlərin inkişafı üçün də əlverişli zəmin yaratdığını vurğulayıb. O, bildirib ki, iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafında dövlət və hökumət başçıları səviyyəsində səfərlər, eləcə də yüksək səviyyəli siyasi təmaslar mühüm rol oynayır.

Arzu Paşaqızı