Aqrar siyasət komitəsinin iclasında
İyunun 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda 6 qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib. Komitənin sədri Tahir Rzayev ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin may ayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının aqrar sektorun inkişafı və qarşıda duran vəzifələr barədə mühüm fikirlər səsləndirdiyini qeyd edib. O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib. Bu gün müzakirəyə çıxarılan qanun layihələrinin həmin məqsədlərə xidmət etdiyini vurğulayıb.
Arzu Paşaqızı