Sahibə Qafarova Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat ilə görüşüb.
Görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunaraq bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlər, xüsusilə siyasi sahədə uğurla inkişaf edib. Həmçinin, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiyi vurğulanıb.

Arzu Paşaqızı