Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, əlaqələrimizin genişlənməsində iki ölkə liderləri arasında münasibətlərin mühüm rolu, qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə səfəri və “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz öz liderlərinin müdrikliyi və uzaqgörənliyi, həmçinin xalqlarımızın onlara sonsuz dəstəyi sayəsində bu gün böyük nailiyyətlər qazanırlar.
Arzu Paşaqızı