İƏT Pİ-nin İcraedici komitəsinin iclasında
Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində iyunun 22-də qurumun İcraedici Komitəsinin 56-cı iclası keçirilib.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass iclası açaraq iştirakçıları salamlayıb.
Sonra Qurani-Kərim qiraət olunub.
İclasa Milli Məclis sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov sədrlik edib. O, açılış nitqində İslam dininin sülh, mərhəmət və həmrəylik dəyərlərini təşviq etdiyini vurğulayıb. Rafael Hüseynov bildirib ki, təşkilatın yaradılmasına əsas verən fundamental prinsiplər – üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsi, ümumi çağırışlara qarşı birgə mövqenin formalaşdırılması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi bu gün də öz aktuallığını qoruyur.
Arzu Paşaqızı