İƏTPİ Baş Katiblər Assosiasiyasının 7-ci iclasında

İyunun 22-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Baş Katiblər Assosiasiyasının 7-ci iclası keçirilib.
İclasa Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev sədrlik edib.


Fərid Hacıyev iştirakçıları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb, onlara uğurlar arzulayıb.
Milli Məclis Aparatının rəhbəri müasir dövrdə parlament administrasiyalarında yeni idarəetmə mexanizmlərinin və müasir texnologiyaların tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı fikirlərini bölüşüb.
Milli Məclisdə həyata keçirilən rəqəmsal transformasiya tədbirlərindən danışan Aparat rəhbəri parlamentin müxtəlif fəaliyyət istiqamətləri üzrə bir sıra innovativ həllərin tətbiqi, müvafiq elektron sistemlərin yaradılması, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, xüsusi mobil tətbiqlərin istifadəyə verilməsi, habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən mühüm işlər barədə məlumat verib.

Arzu Paşaqızı