İnsan hüquqları komitəsinin iclasında
İyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.
Komitənin sədri Zahid Oruc iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.Əvvəlcə, iclasda “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.Komitə sədri məsələ barədə danışaraq, layihənin dövlətin milli informasiya məkanının hibrid hücumlardan qorunması, regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusional mexanizmlərin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. O, ölkə Prezidentinin medianın inkişafına daim yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.

Arzu Paşaqızı