Azərbaycanda vergi borcları artıb
“2025-ci ildə Azərbaycanda vergi borcları 4,4 % və yaxud 139,5 milyon manat artıb”.
“turaninsesi.az ” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, ötən ilin sonuna sözügedən göstərici 3 milyard 308,8 milyon manat təşkil edib:
“2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınıb. Bu daha çox ola bilərdi. Lakin burda say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır. Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının qıtlığı kimi amillərlə bağlamaq olar. Hesabatları vaxtında təqdim edənlərin payı 40 % ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıq və xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini də azaldır”.
Arzu Paşaqızı