Deputatlar dövlət büdcəsinin xərclənməsini bəyəndilər – YENİLƏNDİ
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi bir oxunuşda qəbul olunub.
“turaninsesi.az ” xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.
İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.
11:56
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunur.
“turaninsesi.az ” xəbər verir ki, iclasda maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qonaqlar iştirak edir.
Arzu Paşaqızı