Maliyyə naziir: “Azərbaycanda sosial rifah yaxşılaşıb”
“Dövlət büdcəsinin gəlirləri 8,1 faiz artaraq 39,2 milyard manata çatıb. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb”.
“turaninsesi.az ” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev iyunun 12-də Milli Məclisin növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəsi zamanı deyib.
O əlavə edib ki, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı isə 9,3 faiz artıb:
“Hər iki göstərici inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını bir daha təsdiq edir. Cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib. Bu göstərici xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyib və ümumi daxili məhsulun 112,1 faizinə bərabər olub. Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır”.
Arzu Paşaqızı