DİN Abşeronda baş verən hadisə ilə bağlı məlumat yaydı

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.

Bu barədə “turaninsesi.az “a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. 

DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Arzu Paşaqızı