Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu
İran milli futbol komandasının və “Persepolis” komandasının keçmiş oyunçusu Əli Kəriminin aktivlərinin daha bir hissəsi müsadirə olunub.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə İslam Respublikasının məhkəmə media orqanı olan “Mizan” məlumat yayıb.
Məlumata görə, Əli Kərimiyə məxsus yeni mülklər müəyyən edilib və onların müsadirə edilməsi barədə qərar verilib: “Əli Kərimiyə məxsus olduğu müəyyən edilən mülk, Gilan əyalətinin Lahican şəhərində 1150 kvadratmetr sahəsi və 600 kvadratmetr açıq sahəsi olan 3 mərtəbəli villadır”.
Əvvəllər Əli Kərimiyə məxsus iki ticarət və dörd yaşayış binası ələ keçirilib.
Arzu Paşaqızı