Hesablama Palatasına yeni səlahiyyətlər verilir
Hesablama Palatasına yeni səlahiyyətlər verilir.
“turaninsesi.az ”ın xəbərinə görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy vermək səlahiyyətinə malik olacaq.
Bundan başqa, sözügedən qurum sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları əldə edə biləcək.
Arzu Paşaqızı