Azərbaycanın dövlət büdcəsində bu qədər artıq pul qalıb
Azərbaycanın 2025-ci il üzrə icmal büdcəsi 3678,9 milyon manat kəsirlə (defisitlə) proqnozlaşdırılsa da, faktiki olaraq 3355,1 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
“turaninsesi.az ”ın xəbərinə görə, bu, “Azərbaycanın 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 13814,1 milyon manat kəsir qeydə alınıb. Bu da 2025-ci ilin faktiki ÜDM-in 10,7 faizini təşkil etməklə proqnozlaşdırılmış həddən 3,3 faiz azdır. Dominos pizza
Ötən il üçün dövlət büdcəsinin gəlirləri 39184,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,2 faiz çox, dövlət büdcəsinin xərcləri 38604,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 6,8 faiz az və dövlət büdcəsinin profisiti 580,0 milyon manat olub.
Arzu Paşaqızı