İran Dubay aeroportunu vurdu

İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava limanının hərbi sektoruna zərbə endirib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanalı xəbər yayıb.

Bildirilib ki, Dubay aeroportunun hərbi hissəsi ilə yanaşı, “Əl-Dəfra”, “Əl-Səfran” və “Əl-Minhad” hərbi bazaları da hücuma məruz qalıb. 

İyunun 3-də yayılan informasiyalarda qeyd olunurdu ki, SEPAH Bəhreyndə yerləşən ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də region ölkələrinin birindəki aviabazasına raket və dron zərbələri həyata keçirib.

Arzu Paşaqızı