Sahibə Qafarova Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib.
Spiker Sahibə Qafarova “Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusunda çıxışında belə tədbirlərin beynəlxalq əməkdaşlığın vacibliyini – fikir mübadiləsinin və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini aydın şəkildə nümayiş etdirdiyini vurğulayaraq, bu gün müzakirə olunan problemlərin yalnız bir ölkə və ya regionla məhdudlaşmadığını qeyd edib.

Arzu Paşaqızı