Türkiyəli deputatlar Milli Məclisdə olublar
İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türkiyə nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb. O, hər iki ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində qanunvericilik təcrübələri və birgə fəaliyyət imkanlarının mövcud olduğunu söyləyib. Komitə sədri vətəndaş müraciətlərinin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, müraciətlərin qəbulu və cavablandırılması prosesində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edib.

Arzu Paşaqızı