Putin çıxış etdi, Peskov yuxuladı
Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində maraqlı görüntülər qeydə alınıb.
“turaninsesi.az” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ŞƏT-in toplantısında çıxış etdiyi vaxt onun mətbuat katibi Dmitri Peskovun mürgülədiyi görüntülənib.
Putin çıxışında ŞƏT-in 25 il ərzində keçdiyi inkişaf yolundan danışaraq təşkilatın çoxqütblü dünyanın mühüm mərkəzlərindən birinə çevrildiyini bildirib. O, həmçinin təşkilata üzv ölkələrin dünya əhalisinin təxminən yarısını təşkil etdiyini vurğulayıb.
Həmin vaxt çəkilən kadrlarda Peskovun gözlərini yumaraq bir müddət mürgülədiyi görünür.
Qeyd edək ki, Putin avqustun 31-də ŞƏT sammitində iştirak etmək üçün Bişkekə gəlib. Səfər çərçivəsində Rusiya liderinin bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Arzu Paşaqızı