Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədr müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri çərçivəsində mayın 14-də Buxarada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədr müavini Maryam Majid Bin Zeneya ilə görüşüb.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf etdiyi qeyd olunub. Tərəflər münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıblar.
Birləşmiş Ərəb Əmirliklərinə səfərlərini xatırlayan Milli Məclisin sədri orada keçirdiyi görüşlər və müzakirə olunan məsələlər barədə təəssüratlarını bölüşüb.
Arzu Paşaqızı