“Qalatasaray” ardıcıl 4-cü dəfə Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

turaninsesi.az” xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Antalyaspor”la qarşılaşıb.

“Sarı-qırmızılılar” 4:2 hesablı qələbə qazanaraq sona bir tur qalmış çempionluğu rəsmiləşdiriblər. 

“Cim-bom” son 4 ildə ardıcıl olaraq çempionluq sevinci yaşayıb və ümumilikdə 26-cı dəfə Türkiyə Super Liqasının qalibi olub.