“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurdu
Türkiyə Super Liqasında mövsümə yekun vurulub.
“turaninsesi.az ” xəbər verir ki, XXXIV turun son matçları bu gün keçirilib.
Çempion “Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurub. Komanda səfərdə “Kasımpaşa”ya məğlub olub – 0:1.
Gümüş medalçı “Fənərbaxça” “Eyüpspor”u qəbul edib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 3:3.
Turun sensasiyası Trabzonda baş verib. “Trabzonspor” “Gənclərbirliyi”nin qarşısında aciz qalıb. Qonaqlar 3:0 hesablı qələbəyə sevinib.