Paşinyan Bakıya gəlmək istəyir

Ermənistan Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edir.

turaninsesi.az ” xəbər verir ki, bunu o, İrəvanda Avropa Siyasi Birliyinin sammitində çıxış edərkən bəyan edib.

Baş nazir qeyd edib: “Ümid edirəm ki, 2028-ci ildə ASB sammiti üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı olaraq dəstəkləyiblər”.

Paşinyanın sözlərinə görə, ASB sammitləri Ermənistan və Türkiyə rəhbərləri arasında təmaslarda mühüm rol oynayıb:

“Türkiyə Prezidenti ilə ilk ikitərəfli görüşüm Praqada keçirilən ilk ASB sammiti çərçivəsində (2022-ci ilin payızında – red.) baş tutub. İndi isə Türkiyənin vitse-prezidenti ASB sammitində iştirak etmək üçün buradadır (İrəvanda – red.) və Ermənistana səfər edən Türkiyənin ilk vitse-prezidenti olub”.

Arzu Paşaqızı