İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Aprelin 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib, ilk məsələ isə birinci oxunuşda təqdim olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir.


Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət xidmətlərinin, o cümlədən vergi və gömrük sisteminin daha səmərəli və müasir əsaslarla qurulmasıdır. Bu siyasətin vətəndaşlara, sahibkarlara və biznes sektoruna yüksək keyfiyyətli xidmət göstərilməsi dayanır.

Arzu Paşaqızı