Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı özünün İrlandiyaya səfəri və keçirdiyi görüşləri, o cümlədən, ötən ilin iyul ayında İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşünü məmnunluqla xatırlayan spiker Sahibə Qafarova bu cür təmaslar zamanı parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindiyini söyləyib. O, bu səfərin də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib. Tərəflər həmçinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.


Arzu Paşaqızı