Sahibə Qafarova Belçika Krallığı Federal Assambleyası Senatının sədri ilə görüşüb

Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Belçika Krallığı Federal Assambleyası Senatının sədri Vinsent Blondel ilə görüşüb.


Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, parlamentlər dialoq və qarşılıqlı anlaşmaya töhfə verən strukturlardır. Bu mənada, qarşılıqlı təmaslar maraq doğuran məsələlərin müzakirəsində xüsusi rol oynayır. Bu çərçivədə PAİ-nin xüsusi rolu vurğulanıb. Bildirilib ki, PAİ həmişə dialoqa, ümumi səylərə xidmət edir. Qeyd olunub ki, parlamentarilər arasında təmaslar bir-birini daha yaxşı başa düşmək, vacib məsələləri müzakirə etmək imkanı yaradır. Spiker Sahibə Qafarova bu gün Azərbaycanla Belçika arasında müxtəlif istiqamətlərdə, o cümlədən parlament sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Arzu Paşaqızı