Lionel Messi futbol klubunun sahibi oldu
“İnter Mayami” və Argentina yığmasının hücumçusu Lionel Messi İspaniyanın üçüncü liqasında çıxış edən “Kornelya” futbol klubunu satın alıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Tanınmış insayder Fabrisio Romanonun verdiyi xəbərə görə, ulduz futbolçu “Kornelya”nın səhmlərinin 100%-nə sahib olacaq.
Qeyd edək ki, “Kornelya” İspaniyanın üçüncü divizionunun turnir cədvəlində 30 turdan sonra 55 xalla üçüncü pillədə qərarlaşıb. Tanınmış futbolçular – müdafiəçi Xordi Alba və qapıçı David Raya karyeralarının başlanğıcında məhz bu klubun şərəfini qoruyublar.