“Bavariya” – “Real Madrid” oyununda yeddi qol vuruldu
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçirilib.
“turaninsesi.az ” xəbər verir ki, mərhələnin mərkəzi qarşılaşması Almaniyada baş tutub. “Bavariya” “Real Madrid”i qəbul edib.
Gərgin mübarizə şəraitində keçən matçda meydan sahibləri son dəqiqələrdə vurduqları iki qolla qalib gəliblər – 4:3. İlk oyunda səfərdə “Real Madrid”i üstələyən (1:2) Almaniya təmsilçisi iki matçın nəticəsinə (6:4) əsasən yarımfinala yüksəlib.
“Bavariya” yarımfinalda PSJ ilə qarşılaşacaq.
Digər görüşdə isə “Arsenal” evdə “Sportinq”i qəbul edib. İlk görüşdə səfərdə rəqibinə 0:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi doğma meydanda “Sportinq”lə qolsuz heç-heçə edib – 0:0. “Arsenal” iki görüşün nəticəsinə (1:0) əsasən, adını 1/2 final mərhələsinə yazdırıb.
“Arsenal” bu mərhələdə “Atletiko Madrid” ilə üz-üzə gələcək.