Sahibə Qafarova Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə görüşüb.


Görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdən məmnunluq ifadə olunub.
Görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm alət olduğu qeyd olunub. Bu baxımdan parlament komitələri və dostluq qrupları arasında təmasların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Arzu Paşaqızı