Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatdı – FOTOLAR
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb.
“turaninsesi.az ” xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola salıb.


