İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət etdi
Screenshot
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.
“turaninsesi.az ” xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.
Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.
Arzu Paşaqızı